Fin körfəzi

coğ. le golfe de Finlande

fin
final
OBASTAN VİKİ
Fin körfəzi
Fin körfəzi (fin Suomenlahti, est. Soome laht, isv. Finska viken) — Baltik dənizinin şərq hissəsində yerləşən körfəz, sahillərində Finlandiya, Rusiya və Estoniya yerləşir. Qərb sərhəddi kimi Xanko yarımadası ilə Pıızaspea burnu arasındakı şərti sərhəd götürülür. Fin körfəzinin sahəsi 29,5 min кm², uzunluğu 420 кm, eni 70 кm-dən 130 кm-yə qədərdir. Orta dərinliyi 38 m, maksimal dərinliyi 121 metrdir. Neva çayının mənsəbində yerləşən Tallin, Helsinki və Sankt-Peterburq körfəzin sahilindəki əsas şəhərlərdir. == Mənbə == Финский залив Балтийского моря Рыболовные страницы Arxivləşdirilib 2009-08-28 at the Wayback Machine Природа, острова, животный мир Финского залива Arxivləşdirilib 2012-04-12 at the Wayback Machine Спутниковое фото Финского залива Arxivləşdirilib 2003-10-13 at the Wayback Machine Фотографии берегов Финского залива Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine Финский залив Зелёный мир. Финский залив Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine Природа России. Финский залив Несколько растровых карт глубин Финского залива Карта глубин Финского залива Прогноз ледовых условий на Финском заливе и Ладожском озере Тайны затонувших кораблей.
Verxnı adası (Fin körfəzi)
Verxnı adası (fin Vehkasaari) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Martinsaari adasından 50 m şimal-şərqdə yerləşir. Yaxınlığında Oveçi və Paatio adaları yerləşir. Əvvəllər fin Martinsari kəndinin bir hissəsi Vehkasaari adasında yerləşirdi.
Fin
Fin — İranın Hörmüzgan ostanının Bəndər Abbas şəhristanının Fin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,532 nəfər və 860 ailədən ibarət idi.
Fin (Füzuli)
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == == Toponimikası == Fin oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də qəsəbə. Düzənlik ərazidədir. == Əhalisi == == Mədəniyyəti == 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir == İqtisadiyyatı == Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Fin Tuqvel
Fin Tuqvel (18 mart 1976) — Danimarkanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fin Tuqvel Danimarkanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Fin Tuqvel Danimarkanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub.
Fin bağı
Fin bağı (Fars dili: باغ فین) İranın Kaşan şəhərində yerləşən bağdır. Məşhur Fin hamamı da bu bağda yerləşir. İddialara görə, Nasirəddin şah Qacar öz dövlətinin baş naziri olan Əmir Kəbiri 1852-ci ildə bu bağda öldürüb. Ərazisi 22 min kvadrat metrdən artıq olan bağ Azərbaycan Səfəvilər dövləti dövründə salınmışdır. Mərkəzi hissədə divarlar, istehkam tikililəri və silindirşəkilli qalalarla əhatə olunan həyət xüsusi diqqət çəkir. Bu bağ İranın İsfahan vilayətində yerləşən ən çox turist cəlb edən tarixi məkan hesab olunur. Belə ki, 2018-ci il novruz bayramında Fin bağı ən çox turist cəlb edən tarixi məkan olmuşdur.Fin bağı 23 noyabr 1935-ci ildə 238 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Eləcə də bir neçə il öncə Yuneskonun ümümdünya mədəni irs siyahısına salınmışdır. == Tarixi == Bəzi mənbələrdə bağı tarixi Buveyhilər sülaləsinin hakimiyyəti dövründən başladığını qeyd edirlər. Bu mənbələr fikirlərini əsaslandırmaq üçün 1573-cü ildə bağın tamamilə dağılmasına səbəb olan güclü zəlzələyə işarə edirlər.
Fin dili
Fin dili, (fin suomi, suomen kieli) — fin-uqor dilləri qrupunun baltikyanı-fin budağına aiddir və aqqlyuativ dil kimi xarakterizə edilir. Fin-uqor dilləri və samodiy dilləri (enes dili, nenes dili, nqanasan dili, selkup dili) ural dilləri ailəsini təşkil edirlər. Yazısı latın əlifbası əsasındadır.
Fin mətbəxi
Finlandiya mətbəxi — Avropanın şimalında yaşayan fin xalqının mətbəxi. == Ümumi xarakteristika == Fin mətbəxi özündə bu xalqın keçmiş adət — ənənəsini yaşadır. Qədim finlər balıqçı və ocçu olduqlarında milli mətbəxlərinin də əsasını balıq və vəhşi heyvan ətləri təşkil edir. Bura maral, sığır və hətta ayı əti də daxildir. Burada həmçinin, giləmeyvə reseptləri də üstünlük təşkil edir. Finlər piroq və şirniyyatları, adətən, çovdar unundan hazırlayırlar. Kələm, kartof kimi tərəvəzlər isə qarnir reseptlərinin tərkibində olur. Bu ölkənin ət yeməkləri özünəməxsusluğu ilə fərqlənir. Fin mətbəxində ət yeməyi hazırlanan zaman, bir neçə heyvanın ətindən istifadə olunur ki, bu da xörəklərə xüsusi dad verir. Finlər qızartma yeməklərdən demək olar ki, istifadə etmirlər.
Fin Argus
Steffan Fin Argus (1 sentyabr 1998) — amerikalı aktyor, musiqiçi və modeldir. == Həyatı == Arqus 1 sentyabr 1998-ci ildə İllinoys ştatında anadan olub. Onların Sadi adlı böyük bacısı və Leysi adlı kiçik bacısı var. Argus geydir və onlar əvəzliklərindən istifadə edir. O, gender qəribədir.
Fin-uqor dilləri
Türk mənşəyli . Fin-uqor dilləri (uqro-finadı variantı da işlənir) — ural dil ailəsində qohum dillər qolu. Rusiya, Finlandiya, Estoniya, Macarıstan və bir sıra digər ölkələrdə yayılıb.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Fin dilinin tarixi
Fin dilinin yaranması tarixinin əsası bizim eranın 1-ci əsrdən götürülür. Bu zamanda baltikyanı-fin dillərinin bölünməsi baş vermişdir. Bu dillərin özü də prabaltikyanı-fin dilinə əsaslanmışdır, hansından ki, bizim eradan əvvəl 1500-1000-ci illərdə, prasaam dili ayrılmışdır.
Abşeron körfəzi
Abşeron körfəzi — Abşeron yarımadasının şərqində mövqe tutur. Körfəzdə Abşeron arxipelaqının adaları yerləşir. Bunlardan Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava, Tava altı, Yal, Dardanel, Koltiş, Urunus və Qu (ada) adını çəkmək olar. 1944 ildə Pirallahı Abşeron yarımdasından ayıran Abşeron boğazıda "Damba" tipli körpü çəkilir. Bundan sonra körfəz rəsmən iki yerə: "Cənubi və Şimali Abşeron körfəzinə" bölünür. Körfəzlər adını isə eyni adlı yarımadadan götürmüşdür. Şimali Abşeron körfəzinin sahəsi 24 km², Cənubi Abşeron körfəzinin sahəsi isə iki dəfə kiçikdir. Körfəzdə orta dərinlik 3,4 m, maksimal dərinlik isə 11 - 12 metrdir. Yayda suyunun orta temperaturu 24 °C, qışda isə 3-5 °C təşkil edir. Körfəz inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir.
Aden körfəzi
ƏdƏsn körfəzi (ərəb. خليج عدن‎, fr. golfe d'Aden) Ərəb dənizində yerləşən və Hind okeanına aid olan körfəz. Körfəzinin şimal sahilində Ərəbistan yarımadası və orda olan Yəmən ölkəsi məskunlaşıb, şərq və qərbdə isə Afrika kontinenti ilə Somali və Cibuti. Həmdə qərbdə Tacura körfəzinidə qeyd etmək olar. Şərq sərhədi Qvardafuy burnunun meridianı sayılır (51°16’E). Körfəz Babülməndəb boğazı vasitəsilə Qırmızı dənizlə birləşir. Körfəzin iqtisadi əhəmiyyəti ondadıki, o, Fars körfəzindən Avropaya neftin nəqli üçün su yolu kimi istifadə edilir. XXI əsrdən başlayaraq burada dəniz quldurluğu problemi ortaya çıxmışdı. Əsas limanları: Əl Mukəlla (Yəmən), Ədən (Yəmən), Cibuti (Cibuti), Berabera (Somali) == Etimologiyası == Körfəz Öz adını Yəmənin əvvəlki paytaxtı və ən böyük şəhəri olan Ədən şəhərindən alıb.Liman-şəhər olan Ədən bu körfəzin ismini daşıyır.
Akaba körfəzi
Akaba körfəzi ya Əqəbə körfəzi (ərəb. خليج العقبة‎; ivr. ‏מפרץ אילת‏‎) — Qırmızı dənizin şimalında yer alan körfəz. İsraildə Eylat körfəzi adıyla bilinir. Qərbində Sinay yarımadası, şərqində Səudiyyə Ərəbistanı, şimalında isə İsrail və İordaniya yerləşir. Körfəzin sahəsi 239 km², sahil xətdinin uzunluğu 180 km, maksimal dərinliyi 1828 m, şəffalığı 50 m təşkil edir. Şimalında üç əhəmiyyətli liman şəhəri, Taba (Misir), Eylat (İsrail) və Aqaba (İordaniya) var.
Alyaska körfəzi
Alyaska körfəzi - Sakit okeanın şimali-şərq hissəsinə verilən ad. Təxmini 1.533.280 km² ərazini əhatə edən Alyaska körfəzinin əsas axıntısı, körfəz sularına nisbətən daha isti və saatın əks istiqamətində doğru axan Alyska axıntısıdır. Alyaska körfəzinin sahillərində Ankoric, Sivard və Valdez kimi liman şəhərləri yerləşir.
Amundsen körfəzi
Amundsen körfəzi— Kanadanın şimal-qərb hissəsində Bank və Viktoriya adaları arasında körfəz.
Anabar körfəzi
Anabar körfəzi — Laptevlər dənizinin cənub-qərbində yerləşir. Norvik yarımadası ilə materik arasında yerləşir. Cənub hissəsini Anabar buxtası təşkil edir. Materikin daxilinə 67 km daxil olur. Eni 76 km, dərinliyi 17 metrdir. Buxtanın sahil əraziləri tundra bitkiləri ilə örtülüdür. Oktyabrdan iyula qədər səthi buzla örtülüdür. Körfəzə Pesçanaya, Xarıyalax, Samaskaskaya, Mus-Xaya çayları tökülür. Şərq sahilləri hamardır. Şərq sahilləri isə sıldırımlıdır və hündürlük 50 metrdirArktika araşdırmaçısı Eduard Toll Anabar körfəzində 1893-cü ildə araşdırma işləri aparmışdırİnzibati cəhətdən Rusiyanın Yakutiya Respublikası ərazisinə daxildir.
Antalya körfəzi
Antalya körfəzi (türk. Antalya Körfezi) — Türkiyənin cənubunda yerləşən körfəz == Təsviri == Körfəz şərqdən Anamurdan başlayaraq qərbdə Tavr dağlarına qədər uzanır. Düz üzrə uzunluğu 200 km təşkil edir. Körfəzdə hər hansı əhəmiyyətli adalar yoxdur. Burada Kəmər şəhərindən Qazipaşaya qədər 200 km uzunluğu olan Türk Riviera adlanan məşhur kurort bölgəsi yerləşir == Yerlər == Körfəz regionunun iqtisadiyyatının ən mühüm sahəsi turizmdi. Körfəz ərtafında Antalya şəhərindən başqa, Kəmər, Belek, Side, Manavqat və Alanya şəhərləri yerləşirlər.
Aqraxan körfəzi
Aqraxan körfəzi — körfəz Xəzər dənizinin qərb sahillərində yerləşir. Dənizdən Aqraxan yarımadası ilə təcrid olunur. Körfəz girəcəkdən cənuba doğru 40 km uzunluğa malikdir. Eni bir necə yüz metrdən 10 km-lərə qədərdir. Dərinliyi 4 metrdir. Körfəzin şimalına doğru suyu şorlaşır. Körfəzə axan ən iri çay Terekdir == Tarixi == Vaxtı ilə körfəz olduqca dərin olmuşdur. Buna sübut I Pyotrın İran yürüşü zamanı gəmilərlə körfəzin cənubuna maneəsiz irəliləməsi və burada Müqəddəs Xaç qalasını inşa etdirməsidir. == Təbiəti == Körfəzdə və ətraf ərazilərində relik bitkilərə rast glmək olar. Suları balıqlarla zəngindir.
Arabat körfəzi
Arabat körfəzi (ukr. Арабатська затока, krımtat. Arabat körfezi, Арабат корьфези) — Azov dənizinin cənubunda körfəz. Arbat körfəzi Arbat əqrəbi ilə Kerç yarımadası arasında yerləşir. Körfəzin girişi ( ayrıca dənizlə məhdudlaşmır) 45 km-dir. Kerç yarımadasına doğru 20 km daxil olmuş. Körfəzin qərb sahilləri alçaqdır, cənub-şərq və cənub sahillər isə yarğan tiplidir. Körfəz öz adını keçmişdə sahildə mövcud olmuş Arbat qəsrindən almış. Arbat körfəzinin sahilində bir neçə kənd yerləşir. Bunlardan daha böyük olanı Semyonovka, Zavodskoe, Nasır və Kamenskoe.
Astrabad körfəzi
Astrabad körfəzi — Xəzər dənizinin İran sahillərində yerləşən körfəz. Körfəz dənizdən Mianqala yarımadası vastəsi ilə ayrılır. Laqunun uzunluğu 60 km, orta eni 7, maksimal isə 11 km təşkil edir. Orta dərinlik 4 m metrdir. Körfəzi dənizlə eyni adlı boğaz birləşdirir. Onun eni 3 km təşkil edir. Onun cənubu düzən və hamardır, şimal sahilləri isə qumluluqlardır. Şimal-şərqində Aşur adası yerləşir. Balıqçılıq inşaf etmişdir. Hazırda sahillərində Bender-Türkmən stansiyası və limanı (əvvəllər Bəndər-Şah) yerləşir.
Bakbo körfəzi
Bakbo körfəzi (vyet. Vịnh Băc Bô; çin. 北部湾) və ya Tonkin körfəzi (fr. Golfe du Tonkin) — Cənubi Çin dənizinin Çin (Quansi-Çjuan Muxtar Rayonu, Quandun vilayəti, Haynan vilayəti) və Vyetnam (Bakbo rayonu) sahillərində yerləşən körfəzi. Şərqdən sərhədi Leyçjoubandao yarımadası və Haynan boğazı ilə ayrılan Haynan adası ilə müəyyən edilir. Bakbo körfəzinin uzunluğu 330 km, girişdə eni 241 km, dərinliyi 82 m-ə qədərdir. Əsas limanı Hayfondur. 4 avqust 1964-cü ildə ABŞ Prezidenti Lindon B. Conson Şimali Vyetnam qüvvələrinin Bakbo körfəzində iki dəfə Amerika esmineslərinə hücum etdiyini iddia etmişdir. Bu, ABŞ-nin Vyetnam müharibəsində iştirakına əsas olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Беседнов Л. М. Рыбы Тонкинского залива.
Baydaraskaya körfəzi
Baydaraskaya körfəzi — Kara dənizinin ən iri körfəzlərindən biridir. Qərbdən Yaqorski yarımadası, şərqdən isə Yamal yarımadası ilə əhatələnmişdir. Uzunluğu 180 km, eni çıxacaqda 78 km, dərinliyi isə 20 m təşkil edir. Yayda suyun səthində temperatur 5–6°S olur. Oktyabrdan iyun ayına qədər səthi bütünlüklə buzla örtülü olur. Mərkəzi hissələrdə nadir hallarda donma baş vermiyə bilər. Səbəb isə güçlü küləklər və axınlardır. Şimal hissələri isə Kara dənizinə əsən güçlü külətlər səbəbindən bəzi hallarda buzlar mərkəz və cənuba yığılır. Sahilləri hündür deyildir. Əsasən tundra bitkiləri yayılmışdır.
Benqal körfəzi
Benqal körfəzi — Hind okeanının şimal-şərqində yerləşən körfəz. Sahillərində Hindistan, Banqladeş, Myanma və Şri-Lanka yerləşir. Qərbdən Hindustan yarımadasıyla, şərqdə Myanma sahilləri və Andaman və Nikobar adalarının ada qövsələri ilə məhdudlaşdırılıb. Körfəzin şimal qurtaracağında tarixi Benqaliya vilayəti yerləşir, elə körfəzin adı da bu vilayətə görə adlanıb. Dünyanın ən böyük körfəzidir. Benqal körfəzinə Krişna, Qodaveri, Qanq, Brahmaputra, Çauveri, Mahandi , İravadi və Menqxna çayları tökülür.Körfəzin şimal-şərqində isə "Cox's Bazar" adlı dünyanın ən uzun çimərliyi yerləşir (120 km), bu istirahət zonası eyni adlı şəhərdədir. Hidroloji, hidrokimyəvi və başqa parameterlərə görə Benqal körfəzi dənizlərə aid olunur == Etimologiyası == Qədim hind mətnlərinə əsasən, körfəz Mahodbahi adlanırdı. Antik xəritələrdə körfəz ya Sinus Qanqetikus yada Qanqetikus Sinus (tərcüməsi — Qanqın körfəzi) yazılırdı. Çola dövləti körfəz ətrafı əraziləri zəbt edəndə isə bura Çola gölü kimi tanınırdı. Sonralar isə Benqaliya vilayətinin şərəfinə körfəz indiki adla adlandı.